İlham Əliyev: “Bir neçə günə bizim təbii qaz Avropa İttifaqının sərhədində olacaq”

İlham Əliyev: “Bir neçə günə bizim təbii qaz Avropa İttifaqının sərhədində olacaq”

Prezident: “Münaqişənin ən tez müddətdə həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

 

“Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadıq. Əminəm ki, səfəriniz çox səmərəli və uğurlu olacaq. Əlbəttə ki, biz ikitərəfli əməkdaşlığımızla bağlı məsələləri əhatə edəcəyik və həmçinin ATƏT-in sədri kimi bizim ənənəvi gündəliyimiz var. Əminəm ki, səfər əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, hazırda əlaqələrimiz yeni, çox fəal mərhələyə qədəm qoyur. Nisbətən bu yaxınlarda biz burada Baş Nazirlə görüşdük və tərəfdaşlığımızı inkişaf etdirməklə bağlı çox yaxşı söhbətimiz oldu, fikir mübadiləsi apardıq.

 

Bizim uğurla əməkdaşlıq edə biləcəyimiz çoxsaylı məsələlər var. Sözsüz ki, biz yaxşı siyasi əlaqələrə malikik. Lakin biz hələ də çox aşağı olan ticarət dövriyyəmizin artması üzərində diqqəti cəmləşdirməli və bunu etmək üçün yollar axtarmalıyıq. Zənnimcə, yollardan biri biznes dairələrimiz arasında daha fəal qarşılıqlı əlaqə ola bilər. Bəlkə də müəyyən mərhələdə biz potensialımızı təqdim etmək üçün birgə biznes forum, bəzi başqa tədbirlər təşkil edə bilərik. Çünki ticarət dövriyyəmizin aşağı olmasının səbəblərindən biri məlumat çatışmazlığıdır.

Müəllif: Ayna.az      28 Noyabr 2019 16:41
Siyasət bölməsinə aid digər xəbərlər
20 Sentyabr
12:43
“Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
20 Sentyabr
10:30
Hər kəs yaşamaq istəyir, amma: Üç nöqtədən sonrakı həyat
19 Sentyabr
22:22
Dövlət nəzarəti: “Övlad mənimdir, özüm bilərəm” deyənlər unutmasınlar ki…
19 Sentyabr
20:19
“Camaatdan köhnə avtomobilləri yığın və onlara sərfəli şərtlərə yenilərini satın”
19 Sentyabr
19:15
“Ermənilər yeni müharibəyə hazırlaşırlar” - PREZİDENT
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin