Sərhəd bölgələrində gizlədilmiş silahlar aşkarlanıb

Sərhəd bölgələrində gizlədilmiş silahlar aşkarlanıb

Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir

 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkar olunub. Bu barədə AYNA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

12 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilmiş halda 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron və “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində, Oğuz rayonunun Filfilli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında gizlədilmiş, istifadəyə yararlı 1 ədəd, 1960-cı il istehsalı olan “TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      15 Noyabr 2019 11:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin