Limonad dəridə ləkələr yaradırmış - Dermatoloq xəbərdarlıq edir

Limonad dəridə ləkələr yaradırmış -       Dermatoloq xəbərdarlıq edir

Ultrabənövşəyi şualar müxtəlif dəri xəstəliklərinə səbəb olur

 

Türkiyəli dermatoloq yay mövsümündə günəş şuaları qəbul etməyi sevən insanlara xəbərdarlıq edib.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, dermatoloq Mustafa Özdemir günəş şüaları qəbul edərkən makiyaj məhsullarından, ətirlərdən və günəş kremlərindən istifadənin insan bədənində ləkələr yarada biləcəyini bildirib.

 

O, eyni zamanda qeyd edib ki, yay mövsümündə portağal şirəsi, limonad, berqamot çayı da insan bədənində müxtəlif ləkələrin yaranmasına səbəb ola bilər.

 

Professor son illərdə apardığı araşdırmalara əsaslanaraq bildirib ki, ultrabənövşəyi şualardan müxtəlif dəri xəstəlikləri, o cümlədən dəri xərçəngi, erkən qocalma meydana gəlir.

 

"Doğrudur ki, günəş şüaları dərimizdəki bir sıra mikrobları və göbələk xəstəliyi daşıyıcısı olan virusları məhv edir, orqanizmi D vitamini ilə qidalandırır. Lakin günəşdən bizə gələn ultrabənövşəyi şüalar insan orqanizminə təhlükə yaradır” - deyə dermatoloq vurğulayıb.

Müəllif: Ayna.az      26 İyun 2019 09:30
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin