"Qarabağ” – “Sevilya” matçına nə qədər bilet satılıb?

"Qarabağ” – “Sevilya” matçına nə qədər bilet satılıb?
Klubun feysbuk səhifəsi ilk gündə 10 min biletin satıldığını açıqlayıb
 
Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya təmsilçisi “Sevilya”nı qəbul edəcək.
 
AYNA xəbər verir ki, qarşılaşmanın biletləri ötən gün satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.
 
Klubun feysbuk səhifəsi ilk gündə 10 min biletin satıldığını açıqlayıb.
 
Qeyd edək ki, sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.
Müəllif: Ayna.az      14 Sentyabr 2019 03:18
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin