Əsas səhifə Haqqımızda Xəbər lenti

Paytaxtda 31 yaşlı kişini avtomobil vurub

Paytaxtda 31 yaşlı kişini avtomobil vurub

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

 

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

 

Belə ki, Bayıl qəsəbəsində 31 yaşlı Əsgərov Elbrus yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qolun əziyi və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Müəllif: Ayna.az      4 May 2021 23:56
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin