Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda binanın damında gənc qız meyiti aşkarlanıb

Bakıda binanın damında gənc qız meyiti aşkarlanıb

Meyit aidiyyəti üzrə təhvil verilib

 

Bakıda binanın damında 25 yaşlı qızın meyiti aşkarlanıb.

 

Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az      21 Aprel 2021 09:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin