Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda rejissor vəfat edib

Azərbaycanda rejissor vəfat edib

Məhərrəm Bədirzadə dünyasını dəyişib

 

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib. AYNA-nın APA-ya istinadən məlumatına görə, tanınmış rejissor 76 yaşında dünyasını dəyişib.

 

Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub.

 

Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub.

 

Məhərrəm Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.

Müəllif: Ayna.az      8 Aprel 2021 17:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin