Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda polisə qarşı zor tətbiq edən şəxs tutulub

Azərbaycanda polisə qarşı zor tətbiq edən şəxs tutulub

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

 

Yanvarın 17-də saat 23 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində  Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı Goranboy Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Goranboy Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, araşdırmalarla Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil Nuriyev və Rəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Vüsal İsgəndərlinin onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      19 Yanvar 2021 10:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin