Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda 6 mindən çox əcnəbi tələbə təhsil alır

Azərbaycanda 6 mindən çox əcnəbi tələbə təhsil alır

Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiyadandırlar

 

2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6 min 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələrin vətəndaşlarıdır.

Müəllif: Ayna.az      3 Yanvar 2021 16:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin