Əsas səhifə Haqqımızda Xəbər lenti

Putindən yeni təyinat

Putindən yeni təyinat

“Rosnano”da Çubaysı Sergey Kulikov əvəz edib

 

Rusiya Prezidenti Vladimir Putin “Rosnano” dövlət şirkətinin dünən vəzifəsindən gedən rəhbəri Anatoli Çubaysla bağlı fərman imzalayıb.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni fərmanla Çubays Rusiya Prezidentinin davamlı inkişaf hədəflərinə çatmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi təyin olunub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, “Rosnano”da Çubaysı Sergey Kulikov əvəz edib. Çubays təşkilata 2011-ci ildən rəhbərlik edib. Buna qədər o, Rusiyanın nano texnologiyaları korporasiyasının baş direktoru olub.

Müəllif: Ayna.az      5 Dekabr 2020 02:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin