Əsas səhifə Haqqımızda Xəbər lenti

Astronomlar yeni planet aşkarlayıblar

Astronomlar yeni planet aşkarlayıblar

Belə göy cisimlərini ənənəvi metodların köməyi ilə görmək mümkün deyil

 

Astronomlar ulduzlararası sferada Yer kürəsi və Mars planetinin ölçüləri boyda yeni planet aşkar ediblər.

 

AYNA xəbər verir ki, alimlər öz tapıntılarını “Astrophysical Journal Letters” elmi jurnalında dərc olunmuş məqalədə təsvir ediblər.

 

Alimlər bir neçə il əvvəl ulduzlararası sahədə azad hərəkət edən və hər hansı ulduza bağlanmayan xeyli sayda atılmış planetlərin mövcudluğuna dair sübutları təqdim ediblər.

 

Ancaq Oxatan bürcündə aşkarlanmış OGLE-2016-BLG-1928 planeti daha əvvəl kəşf edilənlərdən ən kiçiyidir. Belə göy cisimlərini ənənəvi metodların köməyi ilə görmək mümkün deyil, çünki onlar öz günəşlərinin ətrafında fırlanmırlar və buna görə kölgə üzrə aşkar edilmirlər.

Müəllif: Ayna.az      30 Oktyabr 2020 07:52
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin