Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Sanksiyalar səfir İrac Masjediyə də qarşı tətbiq edilib

 

Amerika Birləşmiş Ştatları İran üzrə sanksiyalar siyahısını genişləndirib.

 

Bu barədə AYNA ABŞ-ın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

Siyahıya İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıqda şübhəli bilinən bir sıra təşkilatların adları salınıb. Bundan başqa, sanksiyalar həmçinin islam ölkəsinin İraqdakı səfiri İrac Masjediyə də qarşı tətbiq edilib.

 

ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatına görə, İran strukturları guya Birləşmiş Ştatlarda "demokratik prosesi dağıtmaq" məqsədi ilə kütləvi informasiya vasitələrləri altında maskalanır.

Müəllif: Ayna.az      23 Oktyabr 2020 06:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin