Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda mikroavtobus piyadanı vurduqdan sonra aşıb

Bakıda mikroavtobus piyadanı vurduqdan sonra aşıb

Hadisə Biləcəri enişi kimi tanınan ərazidə qeydə alınıb

 

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı mikroavtobus qəzaya uğrayıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri enişi kimi tanınan ərazidə qeydə alınıb.

 

60 yaşlı Əliş Məmmədov piyadalar üçün müəyyən edilməyən hissədən keçərkən onu “Hyundai” markalı mikroavtobus vurub. Daha sonra mikroavtobus idarəetmədən çıxaraq səkiyə çırpılıb.

 

Zərbənin gücündən “Hyundai” yerüstü körpünün beton divarına dəyib. Mikroavtobus deformasiyaya uğrayıb.

 

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gəlib.

 

Yaralı piyada Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

 

“Hyundai” markalı mikroavtobusun sürücüsü Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Ayna.az      5 Oktyabr 2020 09:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin