Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə daha 67 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 67 nəfər koronavirusdan ölüb

Koronavirus can almaqda davam edir

 

Türkiyədə son 24 saat ərzində daha 67 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

 

AYNA-nın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 262 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 1 407 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 320 070 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 402 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 281 151 nəfər təşkil edir.

Müəllif: Ayna.az      2 Oktyabr 2020 03:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin