Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti: "Yaralananlara və xəsarət alanlara şəfa diləyirəm"

 

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Zati-aliləri Salome Zurabişviliyə başsağlığı məktubu göndərib.

 

AYNA xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli xanım Prezident,

 

Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

 

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Müəllif: Ayna.az      24 Avqust 2020 17:36
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin