Əsas səhifə Haqqımızda Xəbər lenti

Avropa Birliyi AFFA-ya 30 minlik qrant ayırıb

Avropa Birliyi AFFA-ya 30 minlik qrant ayırıb

Layihənin bu ilin sentyabr ayından həyata keçirilməsinə başlanacaq

 

AFFA-nın iştirakçısı olduğu daha bir layihə üçün Avropa Birliyi tərəfindən qrant ayrılıb. AYNA xəbər verir ki, GREENFOOT layihəsi futbol infrastrukturunda ictimai maliyyələşdirmə əsasında enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəni ehtiva edir.

 

Avropa Birliyinin “Horizon 2020” proqramı çərçivəsində qrant ayrılmış layihə bu ilin sentyabr ayından həyata keçirilməyə başlayacaq.

 

Layihə çərçivəsində stadionlar, məşq mərkəzləri və digər futbol infrastruktur obyektlərində enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəsi baxımından renovasiyasının icma əsaslı maliyyələşdirmə sxemi hazırlanacaq. AFFA-ya ayrılan qrantın məbləği 30 056.25 avrodur.

 

Avropa Komissiyası və UEFA arasında Avropada idmana birgə investisiya ilə bağlı bəyənnamə imzalanıb və bu Avropa Birliyinə üzv olan və olmayan ölkələrin milli assosiasiyalarına müxtəlif layihələr üzrə birbaşa investisiya və dəstək proqramlarında iştirak üçün şərait yaradır.

Müəllif: Ayna.az      18 Avqust 2020 17:43
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin