Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda 159 nəfər qanunsuz miqrant saxlanılıb

Azərbaycanda 159 nəfər qanunsuz miqrant saxlanılıb

Saxlanılanlardan 1-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb

 

 

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 184 nəfər əcnəbi saxlanılıb. Bu barədə AYNA-ya DMX-nin mətbuat xidmətindən məlumat verilib.

 

Saxlanılanlardan 1-i Dövlət Təhlükəsizliyi Xidməti ilə (DTX) birgə keçirilən tədbirlər zamanı aşkarlanıb. Ümumi saxlanılanlardan 7-sinin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 15 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 3-ünün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 159 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.

 

Miqrasiya qanunvericiliyini pozan 166 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

 

Qeyd olunur ki, Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az      30 İyul 2019 12:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin