Azərbaycanda məmur oğlu həbs olunub

Azərbaycanda məmur oğlu həbs olunub
20 sutka inzibati həbs cəzası verilib
 
Zaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib. AYNA APA-ya istinadən xəbər verir ki, rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib.
 
Qeyd edək ki, S.Hüseynov “Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.
Müəllif: Ayna.az      30 İyul 2019 04:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin