Nyu-Yorkda marixuanaya yaşlıq işıq

Nyu-Yorkda marixuanaya yaşlıq işıq
30 gün ərzində qüvvəyə minəcək
 
Nyu-Yorkun qubernatoru Endryu Kuomo marixuana saxlanılmasına görə cəzanı yumşaldıb.  AYNA qafqazinfo.az-a istinadən xəbər verir ki, bundan sonra narkotik vasitənin saxlanılmasına görə yalnız cərimə ödəniləcək.
 
Belə ki, 28 qram marixuana saxlanılmasına görə 50 dollar, 56 qrama görə isə 200 dollar cərimə ödənilməlidir. Daha çox narkotik vasitə saxlamaq isə cinayət əməli kimi yox, mühüm olmayan qanun pozuntusu hesab ediləcək.
 
Yeni qanun layihəsi 30 gün ərzində qüvvəyə minəcək.
Müəllif: Ayna.az      30 İyul 2019 03:12
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin