"Trabzonspor" səfərdə "Qalatasaray"ı məğlub edib

"Trabzonspor" səfərdə "Qalatasaray"ı məğlub edib

Oyun 3:1 qonaqların qələbəsi ilə başa çatıb

 

İyulun 5-də futbol üzrə Türkiyə çempionatının növbəti turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" öz meydanında "Trabzonspor"u qəbul edib. AYNA xəbər verir ki, qarşılaşmada hesabı qonaqların yarımmüdafiəçisi Jose Souz açıb. Matçın 70-ci dəqiqəsində Trabzon təmsilçisinin müdafiəçisi Filip Novak komandasının ikinci qolunu vurub.

 

Görüşün 90-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Mikel Seri vurulan qollardan birinin əvəzini çıxıb. Lakin "Trabzonspor"un hücumçusu Aleksandr Sorlot oyunda son nöqtəni qoyaraq komandasının qələbəsini rəsmiləşdirib.

 

Türkiyə çempionatında hazırda "Başakşəhər" 63 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (50 xal), "Fənərbağça" (49 xal), "Alanyaspor" (48 xal) gəlir.

Müəllif: Ayna.az      6 İyul 2020 06:48
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin