Azərbaycanda 60 koronavirus xəstəsi süni tənəffüs cihazına qoşulub

Azərbaycanda 60 koronavirus xəstəsi süni tənəffüs cihazına qoşulub

Reanimasiyadakı koronavirus xəstələrinin sayı 348-ə çatıb

 

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 min 722 nəfər test edilib. TƏBİB-dən AYNA-ya verilən məlumata görə, indiyədək  ölkədə 516 min 533 nəfər koronavirusa qarşı test edilib. Ölkədə 523 yeni yoluxma, 9 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 20 324  nəfər virusa yoluxub, 250 nəfər  ölüb, 11 742  nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 8 332 nəfərdir.

 

Məlumata görə, hazırda reanimasiyada 348 nəfər müalicə alır, 60 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Müəllif: Ayna.az      5 İyul 2020 22:16
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin