Oğuzda kütləvi dava: bıçaqlanan var

Oğuzda kütləvi dava:       bıçaqlanan var

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

 

Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində 5 nəfər arasında kütləvi dava olub. Dava zamanı bir nəfər - Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.

 

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      22 İyun 2020 19:55
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin