Bakının girişində yaranan tıxacın səbəbi açıqlandı

Bakının girişində yaranan tıxacın səbəbi açıqlandı

Sərt karantin günlərində fəaliyyətinə icazə verilmiş şəxslər imtiyazdan sui-istifadə edərək rayonlara gediblər

 

Bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxacların səbəbi bəlli olub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, səhər saatlarında Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib.

 

İlkin araşdırmalar zamanı tıxacın yaranma səbəbləri məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejmi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları, onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər. Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.

Müəllif: Ayna.az      16 İyun 2020 12:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin