“Bavariya” 3 xalı 1 qolla qazanıb

“Bavariya” 3 xalı 1 qolla qazanıb

Oyunda yeganə qolu matçın 43-cü dəqiqəsində Joşua Kimmix vurub

 

Bu gün Almaniya Bundesliqasında 28-ci tura start verilib.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, tura mərkəzi oyunla start verilib. Lider "Bavariya" ən yaxın izləyicisi Dortmund "Borussiya"sının qonağı olub. Görüş Münhen klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 43-cü dəqiqəsində Joşua Kimmix vurub.

 

Qeyd edək ki, 27 turdan sonra "Bavariya" 61 xalla 1-ci, Dortmund "Borussiya"sı 57 xalla 2-ci, "Leyptsiq" 54 xalla 3-cüdür.

Müəllif: Ayna.az      27 May 2020 01:27
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin