Bakıda borcunu qaytara bilməyən polis intihar edib - FOTO

Bakıda borcunu qaytara bilməyən polis intihar edib -           FOTO

Rafiq Əhmədov yaşadığı ünvanda özünü asaraq öldürüb

 

Azərbaycanda polis intihar edib. AYNA bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Məlumatda qeyd olunub ki, Ucar rayonunun Müsüslü kənd sakini Rafiq Əhmədov yaşadığı ünvanda özünü asaraq intihar edib. O, Bakı şəhərində polis orqanlarında çalışıb.

 

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumatda isə bildirilib ki, paytaxtın Nizami rayonunun M.Əliyev küçəsində asılmış vəziyyətdə kişi meyiti tapılıb. İlkin araşdırma nəticəsində meyitin hadisə yerinin yaxınlığındakı ünvanda yaşayan 31 yaşlı Rafiq Əhmədova məxsus olması müəyyənləşdirilib. Nizami Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

 

R.Əhmədovu intihara sövq edən səbəb müəyyənləşdirilib. Yaxınlarının dediyinə görə, intihar edən şəxs borc götürdüyü pulu geri qaytara bilməyib. Bildirilib ki, R.Əhmədov Daxili işlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında çalışıb.

 

Xatırladaq ki, son səkkiz gün ərzində Bakıda altı intihar hadisəsi baş verib, 20-dən çox şəxs intihara cəhd edib.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      22 May 2020 13:42
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin