Rusiya üçün koronavirusla bağlı bədbin proqnoz

Rusiya üçün koronavirusla bağlı bədbin proqnoz

Hazırda Rusiyada virusa yoluxma faktı 32 mini keçib, 273 nəfər isə ölüb

 

“Koronavirus artıq paytaxt üçün deyil, regionları da təhlükədə qoyur. Regionların tibbi-texniki cəhətdən pandemiya ilə mübarizəyə 72% hazır ola biləcəyini nəzərə alaraq, yeni tədbir planları hazırlamalıyıq”.

 

Bunu Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı keçirdiyi son videokonfransında bidirib.

 

O, qeyd edib ki, Moskvada Covid-19-un yaxın iki-üç həftə üçün daha yüksək yoluxma və ölüm halları proqnozlaşdırılır. Bu barədə Moskva merinin müavini Anastasiya Rakova da fikrini bildirib: “Yaxın vaxtlarda virusun əsas ocağı olan Moskvada vəziyyət daha da gərginləşə bilər”.

 

Rusiya Səhiyyə naziri Mixayıl Muraşko isə məlumat verib ki, xəstəxanalarda müalicə alanların sayı 26 minə çatıb.

 

Qeyd edək ki, az əvvəl Rusiya Prezidenti virusla mübarizə üçün daha 16 müxtəlif funksiyalı tibb mərkəzi tikilməsi barədə tapşırıq vermişdi. Ölkənin Müdafiə naziri Serqey Şoyqu deyib ki, artıq 15 maydan belə tibb mərkəzlərinin qısa müddətdə tikintisi nəzərdə tutulub.

 

Xatırladaq ki, hazırda Rusiyada virusa yoluxma faktı 32 mini keçib, 273 nəfər isə ölüb.

Müəllif: Ayna.az      17 Aprel 2020 21:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin