ABŞ-ın ÜST-lə bağlı qərarı Afrikaya mənfi təsir edəcək

ABŞ-ın ÜST-lə bağlı qərarı Afrikaya mənfi təsir edəcək

ABŞ-ın maliyyə yardımını dayandırması qitədəki bir çox tibbi əməliyyatları, xüsusən də peyvənd kampaniyasını pozacaq

 

“ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə dəstəyini dayandırması Afrika qitəsində poliomielit, malyariya və QİÇS kimi xəstəliklərə qarşı mübarizəyə əks təsir edəcək”.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu ÜST-ün Afrika regionu üzrə direktoru Doktor Matşidiso Moeti bildirib.

 

Moeti, həmçinin ABŞ-ın maliyyə yardımını dayandırmasının qitədəki bir çox tibbi əməliyyatları, xüsusən də peyvənd kampaniyasını pozacağını bildirib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında ÜST-ü Çinin tezislərini müdafiə etmək və Vuhanda baş verən hadisənin necə yayıldığına dair etibarlı bir araşdırma aparmamaqda günahlandırmış və ÜST-ün cavabdehlik daşıdığını bildirmişdi.

Müəllif: Ayna.az      17 Aprel 2020 21:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin