Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp: "Koronavirusdan ölənlərin sayını gizlədirlər"

Tramp: "Koronavirusdan ölənlərin sayını gizlədirlər"

ABŞ Prezidenti koronavirusla bağlı çıxış edib 

 

ABŞ prezidenti Donald Trampın  koronavirusla bağlı sonuncu çıxışı da ittihamlarla dolu olub.


AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da son 24 saatda 2 410 nəfərin ölməsi ölkə liderini dilə gətirib.


Tramp bir daha vurğulayıb ki, Covid-19 Çin laboratoriyasında hazırlanıb və indi dünya virusla mübarizədə əlacsız qalıb. Prezident ABŞ vilayətlərinin 1 maydan qabaq açılmasını qeyd edərək, tezliklə güclü strategiyanın uğurlu nəticələrini gözləməyi tövsiyə edib.


Onun sözlərinə görə, Detroit, Denver ştatlarında yoluxma dayanıb, Vaşınqton və Baltimor, St.Louisdə yoluxma irəliləyir, Yeni Orleanda yoluxma azalır.


Tramp çıxışında bəzi ölkələrin virusun yoluxma və ölüm sayını gizlətdiyi iddiasını da irəli sürüb. “Siz heç həmin ölkələrin rəqəmlərinə inanırsınızmı? Biz sona qədər doğru statistika deyəcəyik, gizlətmək fikrimiz yoxdur".


Xatırladaq ki, ABŞ ötən gün Ümümdünya Səhiyyə Təşkilatındakı üzvlüyünü ləğv edib. Tramp təşkilatı virusla mübarizədə səriştəsizlikdə təqsirləndirir. 


Son məlumata görə, ABŞ-da 640 minə yaxın insan koronavirusa yoluxub, virusdan ölənlərin sayı isə 31 min nəfəri ötüb.

Müəllif: Raminə Eyvazqızı      16 Aprel 2020 12:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin