Komendant saatını pozan futbolçu saxlanılıb

Komendant saatını pozan futbolçu saxlanılıb

Priyoviçi üç ilədək həbs gözləyir

 

“Əl-İttihad”ın serbiyalı hücumçusu Aleksandr Priyoviç Belqradda komendant saatını pozduğu üçün saxlanılıb. 

 

AYNA-nın məlumatına görə, bu barədə “USA Today” xəbər verib.

 

Serbiya yığmasının 29 yaşlı futbolçusu karantini pozub. Belə ki, o, daha 19 nəfərlə komendant saatı vaxtında paytaxt hotellərinin birində olub.

 

Bu səbəbdən Priyoviçi üç ilədək həbs gözləyir. Həbs cəzası ilə yanaşı, oyunçu cərimə də ödəyə bilər.

Müəllif: Ayna.az      5 Aprel 2020 10:27
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin