Muəllif:

Ukrayna: Slavyanskda antiterror əməliyyatı gedir, rus terrorçulardan ölənlər var

Ukraynanın güc strukturları ölkənin şərqində silahlı separatçıların əsas dayaq nöqtəsinə çevrilmiş Slavyanskda antiterror əməliyyatına başlayıb. Ukrayna DİN Slavyanskda davam edən xüsusi əməliyyatın ilkin nəticələri haqda yaydığı açıqlamada  bildirilir ki, əməliyyat zamanı Donetsk vilayətinin Slavyansk şəhərinin şimal-şərqində qanunsuz silahlı dəstələrin 3 blok-postu məhv edilib. Toqquşmalarda 5 terrorçu öldürülüb. Güc strukturlarının 1 əməkdaşı yaralanıb.

Separatçılar tərəfindən Slavyansk şəhərinin “xalq meri” elan edilmiş Vyaçeslav Ponomaryov “Rossiya 24” telekanalına açıqlamasında Ukrayna ordusuna məxsus hərbi texnikanın iki istiqamətdən Slavyansk şəhərinə yaxınlaşdığını bildirib: “Biz mühasirə həlqəsinə alınmışıq. Müqavimət göstərəcəyik. Bunun üçün kifayət qədər gücümüz var”.

Əməliyyat davam edir. Güc strukturlarının əməkdaşlarına helikopterlər havadan dəstək verirlər.

Ponomaryov  elan edib ki, kimin əlinə vərəq tutulsa, yerindəcə güllələnəcək. Söhbət dinc əhali üçün göstərişlər olan vərəqələrdən gedir. Bu vərəqələr DİN tərəfindən yayılıb, bu vərəqələrdə əhali sakitliyə riayət etməyə, imkan dailində evdən çıxmamağa, uşaqları ata-analarının yəzarəti olmadan küçəyə buraxmamağa, fitnəkarlıqlara uymamağa və qanunsuz elan edilən hakimiyyətin təmsilçilərinin cinayətkar əmrlərini yerinə yetirməməqə  çağırılır…

Bu vərəqə satqın Ponomaryovun kürkünə birə salıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 99