Muəllif:

Kosalı camaatı Tbilisidə aksiya keçirib

Bu gün Gürcüstan paytaxtında Dövlət Dəftərxanasının binası qarşısında etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Qardabani rayonunun Kosalı kənd sakinləri Gürcüstan hökumətindən, şəxsən baş nazir Bidzina İvanişvilidən onların əlindən alınan 1.600 hektar əkin sahələrinin geri qaytarılmasını tələb ediblər.

70 nəfərədək azərbaycanlının qatıldığı aksiya 3 saat davam edib. Aksiyanın sonunda iki məmur iştirakçıların tələbini dinləyərək, onların baş nazirə ünvanlanan şikayət məktubunu qəbul edib. Qeyd edək ki, Kosalı kəndində 1.800 təsərrüfat var və kənddə 6 mindən çox əhali yaşayır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 101