Muəllif:

İranın 6 agenti həbs edilib

Ötən həftə Azərbaycan təhlükəsizlik orqanları 6 İran çasusunu həbs edib. Onlar Azərbaycan hərbi strukturlarının İsraildən aldığı və istifadə etdiyi pilotsuz uçuş aparatlarını məhv etmək istəyirmişlər. Bu barədə İsrail hərbi çevrələrinə yaxın olan Debka saytı məlumat verib (Turan). Bildirilir ki, saxlanılan şəxslərdən pul, saxta pasportlar, tapança, təyyarələri izləmək üçün elektron avadanlıq və uçuş aparatları ilə əlaqəni kəsmək üçün cihazlar aşkarlanıb. İstintaq zamanı onlar etiraf ediblər ki, Xəzərin üzərində uçan zaman pilotsuz uçuş aparatlarının birini ələ keçirmək tapşırığı alıblarmış. Qrup həbs ediləndən sonra Bakı səfirliyində işləyən İran mədəni attaşesinin ölkəyə gəlməsi yasaq edilib…
Dekabrın 9-da İran KİV-ində belə bir məlumat yayılıb ki, guya ABŞ və İsrail Azərbaycan Astarasından İrana qarşı kəşfiyyat fəaliyyətini aktivləşdirib. İran qaynaqları iddia edirlər ki, guya Hermes pilotsuz uçuş aparatları İran sərhədində casusluq əməliyyatı aparır və İsrail hərbi peykləri vasitəsilə idarə edilir, deyə Debka xəbərində bildirmişdir.
Rəsmi Bakı informasiyanı şərh etməsə də, İran tərəfi bir neçə gün öncə İsrail pilotsuz təyyarələrinin onun sərhədi boyunca uçduğu barədə xəbərsiz olduqlarını ifadə etmişdi. Azərbaycan bu tip təyyarələrdən Xəzər üzərində və Ermənistan hərbi qüvvələri ilə təmas rayonlarında istifadə edə bilər və edir. Bu — ölkəmizin hüququdur. Lakin burası da var ki, Azərbaycanın və eləcə də Türkiyənin İsraillə hərbi əməkdaşlığı İranı daim qıcıqlandırır. Bu baxımdan, İsraildən alınmış pilotsuz təyyarələrdən birini ələ keçirmək niyyəti İranın sənaye casusluğu və ya İsrailə qarşı təbliğat planında mümkün ola bilərdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126