Türkiyənin məşhur aktyoru koronavirusdan ölüb

Türkiyənin məşhur aktyoru koronavirusdan ölüb

Aktyor 10 gün öncə öskürək şikayəti ilə xəstəxanaya müraciət etmişdi

 

“Kurdlar vadisi” teleserialının “Ordinarius” adı ilə tanınan qəhrəmanı, məşhur aktyor Turhan Kaya koronavirusdan dünyasını dəyişib.

 

AYNA “Hürriyet”ə istinadən xəbər verir ki, 69 yaşlı aktyor İstanbulda vəfat edib.

 

Məlumata görə, o, 10 gün öncə öskürək şikayəti ilə xəstəxanaya müraciət edib.

 

T.Kayanın yaxın təmasda olduğu yaxınları da koronavirus testindən keçsə də, onlarda infeksiya aşkarlanmayıb.

 

Qeyd edək ki, Turhan Kaya “Min bir gecə” və “Çənbərimdəki qızılgül naxışı” seriallarındakı rolları ilə də ad qazanıb.

 

Qeyd edək ki, Türkiyədə koronavirus qurbanlarının sayı 214 nəfərdir. Qeydə alınmış yoluxmaların rəsmi sayı isə 13,5 mindən çoxdur.

Müəllif: Ayna.az      1 Aprel 2020 11:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin