“İsrail məhbuslarımızı azad etsin”

“İsrail məhbuslarımızı azad etsin”

Fələstin rəhbərliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib

 

Fələstin rəhbərliyi Beynəlxalq Qırmızı Xaç Komitəsindən fələstinli məhbusların İsrail həbsxanalarında koronavirusdan qorunması üçün müdaxilə edilməsini istəyib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurerə bununla bağlı müraciət edib.

 

Maliki Maurerdən fələstinli məhbusların koronavirusdan qorunması üçün İsrailə təzyiq göstərilməsini tələb edib: “İsrail həbsxanalarında həm xroniki xəstələr, həm də inzibati məhbuslar var. Həmin məhbusların sərbəst buraxılması üçün səylərin artırılmağını istəyirik”.

 

Qeyd edək ki, rəsmi məlumatlara görə, İsrail həbsxanalarında 43-ü qadın, 180-i uşaq və 700-ü xroniki xəstə olmaqla, 5 min fələstinli məhbus saxlanılır.

Müəllif: Ayna.az      30 Mart 2020 12:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin