“Hamıya bayram əhval-ruhiyyəsi arzulayıram” - Mehriban Əliyeva

“Hamıya bayram əhval-ruhiyyəsi arzulayıram” -         Mehriban Əliyeva

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

 

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

 

AYNA xəbər verir ki, təbrikdə deyilir:

 

“Əziz həmvətənlər!⠀

 

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!⠀

 

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”

Müəllif: Ayna.az      20 Mart 2020 12:31
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin