Tətil günlərinin vaxtı dəyişdirildi

Tətil günlərinin vaxtı dəyişdirildi

Novruz bayramında 9 gün iş olmayacaq

 

Baş Nazir Əli Əsədov Novruz bayramı ilə bağlı sərəncam imzalayıb. AYNA xəbər verir ki, sərəncama əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

 

Beləliklə, Novruz bayramında 9 gün iş olmayacaq.

Müəllif: Ayna.az      12 Mart 2020 18:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin