Vanq Yi: “ABŞ Çinin “qırmızı xətlərini” pozmamalıdır”

Dünya

26.04.2024 - 14:24

“Çinin tələbləri ardıcıldır və o həmişə əsas maraqlara qarşılıqlı hörmətin tərəfdarıdır”

“ABŞ Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı “qırmızı xətləri” pozmamalıdır”. AYNA xəbər verir ki, bu sözləri Pekində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Çinin xarici işlər naziri Vanq Yi deyib.

“ABŞ  Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafını boğmamalı və Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarına gəldikdə “qırmızı xətləri” keçməməlidir", - deyə Yi vurğulayıb.

Nazirin sözlərinə görə, Çinin tələbləri ardıcıldır və o həmişə əsas maraqlara qarşılıqlı hörmətin tərəfdarıdır.

Qeyd edək ki, Blinkenin Çinə işgüzar səfəri aprelin 24-də Şanxaya səfəri ilə başlayıb. Qeyd olunub ki, dövlət katibi aprelin 26-dək Çində qalacaq.

Müəllif: Ayna.az