ÜST-ün İrandakı əməkdaşı da koronavirusa yoluxdu

ÜST-ün İrandakı əməkdaşı da koronavirusa yoluxdu

Koronavirusa yoluxanların sayı sürətlə artır 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı regional ofisinin əməkdaşı da koronavirusa yoluxub.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevredə keçirilən brifinqdə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, təşkilatın əməkdaşının xəstəliyi orta-ağır dərəcədədir.

 

Qebreyesus İran hökumətinə Covid-19-la mübarizə aparmaqda dəstək məqsədilə ölkəyə əlavə tibbi ləvazimatlar göndərildiyini də qeyd edib.

Müəllif: Ayna.az      2 Mart 2020 21:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin