Liviyada atəşkəs elan olundu

Liviyada atəşkəs elan olundu

Atəşkəslə bağlı xəbər Tripolidə böyük sevinclə qarşılanıb

 

Qondarma Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tabeliyindəki qüvvələr Türkiyə və Rusiyanın atəşkəslə bağlı birgə çağırışını qəbul edib. 

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla da Bakı vaxtı ilə gecə saat 02-dən etibarən tərəflər arasında atəşkəs elan olunub.

 

Atəşkəsin əldə olunması barədə xəbər paytaxt Tripolidə böyük sevinclə qarşılanıb, atəşfəşanlıq olub.

 

Liviyanın legitimliyi beynəlxalq səviyyədə tanınan, BMT-nin dəstəyi ilə paytaxt Tripolidə yaradılmış Milli Birlik Hökumətinin (MBH) Nəqliyyat Nazirliyi ölkənin dünya ilə yeganə əlaqə vasitəsi olan Mitiqa hava limanını yenidən aviareyslər üçün açıq elan edib.

Müəllif: Ayna.az      12 Yanvar 2020 16:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin