Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik

Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik

"Qoy Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin!"

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə Azərbaycan xalqını təbrik edib. 

 

AYNA-nın məlumatına görə, bu barədə Mehriban Əliyevanın "Instagram" hesabında paylaşım edilib. 

 

Təbrikdə deyilir: "Əziz həmvətənlər!  Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram".

Müəllif: Ayna.az      31 Dekabr 2019 02:24
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin