Sabaha gözlənilən xəbər

Sabaha gözlənilən xəbər

Səhər saatlarında duman olacaq, şimal küləyi əsəcək


Sabaha gözlənilən hava proqnozu açıqlanıb. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında Dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.

 

Səhər saatlarında duman olacaq. Şimal küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.


Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.


Azərbaycanın rayonlarında isə dekabrın 31-də hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti olacaq.


Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.

Müəllif: Ayna.az      30 Dekabr 2019 13:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin