Axtarışda olan narkotacir saxlanılıb

Axtarışda olan narkotacir saxlanılıb

Faktla bağlı cinayət işi açılıb

 

Bakıda axtarışda olan şəxs saxlanılıb. AYNA-ya bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, təqsirlədirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilən Maştağa qəsəbə sakini Cavidan Babayev saxlanılıb.

 

Qeyd edək ki, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi əməkdaşlarının bu il noyabr ayının 12-də Maştağa qəsəbəsində C.Babayevə məxsus evdə keçirdikləri əməliyyat zamanı onun həyətyanı sahəsində yerləşən istixanadan 316 ədəd ümumi çəkisi 12 kiloqram 710 qram olan narkotik tərkibli əkilib-becərilməsi qadağan olunan çətənə bitkisi aşkar olunub. Həmçinin C.Babayevin evinə baxış keçirilən zaman 1 ədəd sənədsiz ov tüfəngi, 7 ədəd patron və ümumi çəkisi 30 qramdan artıq olan qurudulmuş marixuana da müəyyən edilərək polislər tərəfindən götürülüb. Həmin vaxt ev sahibi C.Babayev polis əməkdaşlarından qaçaraq bir müddət gizlənsə də, sonuncu əməliyyat zamanı o saxlanılaraq istintaqa təqdim edilib.

Tutulan zaman C.Babayev əlavə olaraq yaşadığı evin müxtəlif yerlərində gizlətdiyi kibrit qutularında qablaşdırdığı ümumi çəkisi 160 qramdan artıq olan qurudulmuş marixuananı da polis əməkdaşlarına təhvil verib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əkdiyini eitraf edib. 

 

Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az      28 Dekabr 2019 13:10
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin