Qazaxıstanda qəza qurbanlarının sayı 15-ə çatdı

Qazaxıstanda qəza qurbanlarının sayı 15-ə çatdı

Alma-Atadan Nur Sultana uçan təyyarə ikimərtəbəli binaya çırpılıb

 

Qazaxıstanın Alma-Ata şəhərində “Bek Air” tipli təyyarənin qəzaya düşməsi nəticəsində xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.

 

AYNA-nın “Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, bu barədə şəhər səhiyyə şöbəsinin müdiri Tleuxan Abildayev məlumat verib. Bununla da qəza qurbanlarının sayı 15 nəfərə yüksəlib. 

 

Onun sözlərinə görə, xəstəxanaya 66 nəfər yerləşdirilib.Onlardan 50-si evə buraxılıb, 12 nəfərin vəziyyəti isə ağırdır.

 

Qeyd edək ki, Alma-Atadan Nur Sultana uçan təyyarə uçuşdan qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb. Yanğın baş verməyib.

 

Göyərtədə 95 sərnişin və 5 ekipaj üzvü olub.




 
Müəllif: Ayna.az      27 Dekabr 2019 11:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin