Əsas səhifə Haqqımızda Xəbər lenti

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Noyabrın 12-də yağmursuz hava şəraiti hökm sürəcək

 

Bakıda və Abşeron yarımadasında noyabrın 12-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq.

 

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq. 

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti təşkil edəcək.

Müəllif: Ayna.az      11 Noyabr 2019 13:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin