Ağ Evdən Bağdadinin ölümü ilə bağlı açıqlama

Ağ Evdən Bağdadinin ölümü ilə bağlı açıqlama

"Ordumuz və müttəfiqlərimiz güclü, ağıllı və strateji bir planla böyük qələbəyə imza atdılar”

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi ilə bağlı Ağ Evdə açıqlama verib.

 

AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, Bağdadinin, ABŞ-ın Suriyanın İdlib şəhərində keçirdiyi əməliyyat zamanı öldüyü bildirilib.

 

“Hərb və Kəşfiyyat üzrə mütəxəssilərimizin qəhrəmanlığı, fədakarlığı və bacarıqları təqdirəlayiqdir. Ordumuz və müttəfiqlərimiz güclü, ağıllı və strateji bir planla böyük qələbəyə imza atdılar”, - deyə Tramp bildirib.

 

ABŞ-lı senator Çak Şumer isə Bağdadinin ölümwnü Nyu- Yorkda mətbuat konfransı ərəfəsində eşitdiyini bildirib: “Heç nədən xəbərim yox idi. Bu əməliyyatın davamını gözləyirəm. İŞİD-in digər rəhbərlərini də zərərsizləşdirmək üçün İŞİD-li məhbuslarla iş birliyi qurulmasının tərəfdarıyam”.

Müəllif: Ayna.az      28 Oktyabr 2019 11:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin