Premyer Liqa: II dövrəyə "Qəbələ" - "Qarabağ" matçı ilə start veriləcək

Premyer Liqa: II dövrəyə "Qəbələ" - "Qarabağ" matçı ilə start veriləcək

Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək

 

 VIII turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Görüşlərdən biri Qəbələdə, digəri isə paytaxtda baş tutacaq.

 

AYNA "Report"a istinadən xəbər verir ki, II dövrəyə Qəbələdə start veriləcək. Şəhərin eyniadlı komandası son çempion "Qarabağ"ı qəbul edəcək. Meydan sahibləri 7 turdan sonra beş xalla 7-8-ci yerləri bölüşdürür. Ağdam klubu isə bütün görüşlərdə qələbə qazanıb və 21 xalla liderdir.

 

Bölgə təmsilçiləri çempionatda 45 dəfə üz-üzə gəliblər. Bunların 23-də "Qarabağ", 10-da isə "Qəbələ" meydanı 3 xalla tərk edib. 12 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də qonaqların aşkar üstünlüyü var - 63:40. Ağdam klubu rəqibinə qarşı son 6 çempionat oyununda qalib gəlib. Tərəflər arasında son beş oyunda isə 3 və daha artıq qol vurulub.

 

Günün digər matçında "Keşlə" autsayder "Sabah"ı qəbul edəcək. Meydan sahibləri 11 xalla 2-3-cü, qonaqlar isə 7-8-ci yerləri bölüşdürür. Komandalar yalnız ötən mövsümdə qarşılaşıblar. üç görüşdə "Keşlə", bir dəfə isə "Sabah" qələbə qazanıb. Topların fərqində isə meydan sahibləri üstündür - 7:3.

 

Azərbaycan Premyer Liqası

VIII tur

19 oktyabr (şənbə)

 

17:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

 

19:15. “Keşlə” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Asif Əliyev

“ASCO Arena”

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - "Zirə" və "Səbail" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Müəllif: Ayna.az      19 Oktyabr 2019 10:12
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin