Ronaldo karyerasında 700-cü qolunu vurdu - VİDEO

Ronaldo karyerasında 700-cü qolunu vurdu -       VİDEO

Ronaldo 12 müxtəlif yarışda qol vurub

Portuqaliyanın futbol üzrə milli komandasının hücumçusu Kriştianu Ronaldu nadir uğura imza atıb.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hücumçu futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII turun növbəti, Lüksemburqa (3:0) qarşı oyunda qolla yadda qalıb. Bu, onun peşəkar karyerasında 700-cü qoludur. 

 

Qeyd edilir ki, "Qızıl top"un beşqat sahibi 973 oyun keçirib və onların 458-ində qol vurub. Toplam olaraq o, 12 müxtəlif yarışda qol vurub. Klub səviyyəsində o "Yuventus"un heyətində çıxış edir.

 

Müəllif: Ayna.az      12 Oktyabr 2019 07:38
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin