Gəncədə ata döyüldü - Köməyə gələn 2 oğlu bıçaqlandı

Gəncədə ata döyüldü -     Köməyə gələn 2 oğlu bıçaqlandı

Yaralılar xəstəxanaya yerləşdirilib 

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

AYNA "Report"a istindən xəbər verir ki, 1960-cı il təvəllüdlü Cəfərov Məhərrəm ″DOS-84″ adlanan yaşayış ərazisində, bina 4 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Bu zaman atalarına köməyə gələn 1985-ci il təvəllüdlü Rövşən Cəfərov və 1984-cü il təvəllüdlü Röyal Cəfərov qarın və ayaq nahiyələrindən bıçaqlanıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına və Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi araşdırılır.

Müəllif: Ayna.az      21 Sentyabr 2019 09:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin