Əsas səhifə Haqqımızda Xəbər lenti

Zaqatalada DSX-nin əsgəri intihar edib

Zaqatalada DSX-nin əsgəri intihar edib

General-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib. AYNA xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub.

 

Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Müəllif: Ayna.az      8 May 2021 11:33
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin