Əsas səhifə Haqqımızda Xəbər lenti

Gürcüstandan Ukraynaya dəstək: “Moskva günahkardır”

Gürcüstandan Ukraynaya dəstək: “Moskva günahkardır”

Nikoloz Samxaradze: “Biz Ukrayna ilə NATO arasındakı münasibətlərin dərinləşməsini alqışlayırıq”

 

Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsi beynəlxalq ictimaiyyətə və xüsusən də NATO-ya Donbassdakı vəziyyətin gərginləşməsi səbəbindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə çağırış edib. AYNA TASS-a istinadən bildirir ki, bu barədə komitə rəhbəri Nikoloz Samxaradze vurğulayıb.

 

Deputatın sözlərinə görə, Tbilisi ilə Kiyevi müxtəlif sahələrdə güclü dostluq münasibətləri və strateji tərəfdaşlıq əlaqələndirir: “Bu səbəbdən Gürcüstan rəhbərliyi Ukrayna suverenliyini dəstəklədiyini bir daha göstərir”.

 

“Biz Ukrayna ilə NATO arasındakı münasibətlərin dərinləşməsini alqışlayırıq və Alyansın Qara dəniz bölgəsindəki artan iştirakını dəstəkləyirik”, - Samxaradze bildirib.

 

Parlamentari Rusiyanın mövqeyinin Avropanın təhlükəsizliyi və Ukrayna sərhədləri üçün bir təhdid olduğunu vurğulayıb. O, Donbassdakı vəziyyətin gərginləşməsində Moskvanı günahlandırıb.

Müəllif: Ayna.az      8 Aprel 2021 17:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin